Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı
25 aprel 2026-cı il tarixində yol hərəkəti qaydalarını pozduğuna görə “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilmişdir.
Adalet.az xəbər verir ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilmiş, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilmişdir.
Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir.
Digər Xəbərlər
30 Aprel 2026 21:50
Lənkəranskinin adamı qiyabi həbs edildi
30 Aprel 2026 10:53
Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
29 Aprel 2026 18:00
Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır
29 Aprel 2026 14:47


Bakı -°C

