Sabiq nazirin intiharı araşdırılır - Rusiya İstintaq Komitəsi

Rusiya İstintaq Komitəsi bu gün istefaya göndərilən nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı məlumat yayıb.
Adalet.az xəbər verir ki, məlumatda bildirilib ki, İstintaq Komitəsi Roman Starovoytun ölüm şəraitini müəyyənləşdirir.
Bu gün Moskva vilayətinin Odintsovo rayonunda Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoytun şəxsi avtomobilində güllə yarası almış meyiti tapılıb.
Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində işləyir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.
Əsas versiyanın intihar olduğu bildirilib.
Digər Xəbərlər

Erməni deputat və katib toxunulmazlıqdan məhrum edildilər

Tanınmış iş adamı bu maddə üzrə ittiham olunur

Rusiyalı nazirin intihar etdiyi yerdən GÖRÜNTÜLƏR - VİDEO
