SN-nin həkimi beyin fəaliyyətini təhdid edən sarılığın təhlükəli nəticələrindən danışır
“Yenidoğulmuşlarda sarılığın uzunmüddətli ağırlaşmaları mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədardır və serebral iflic (Sİ), karlıq, zehni gerilik və görmə pozğunluğunu əhatə edir”.
Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində pediatr Aynur Bağırova açıqlayıb.
Onun sözlərinə görə, belə fəsadlar, bilirubinin baş beyinə zəhərli təsiri (nüvə sarılığı və ya bilirubin ensefalopatiyası) səbəbindən ağır, müalicə olunmamış sarılıqda baş verir:
“Qanda çox yüksək bilirubin səviyyəsi və sürətlə artması ilə ağırlaşma riski yüksəlir.
İlkin olaraq ağır nevroloji ağırlaşmalar – qıcolmalar, yuxululuq, süstlük, əzələ tonusunun azalması və ya əzələ gərginliyi, zəif qidalanma kimi əlamətlər qeyd olunur. Uzunmüddətli nəticələrdə isə karlıq, zehni gerilik, serebral iflic, görmə pozğunluğu və inkişaf ləngiməsi kimi pozulmalar inkişaf edir.
Digər ağırlaşmalardan isə qaraciyər zədələnmələri, qaraciyər hüceyrələrinin disfunksiyasına səbəb ola bilər. Uzunmüddətli sarılıq həzm sistemi, böyrək pozğunluqları, qanaxma riskinin artmasına səbəb ola bilər. Xəstəliyin ağır formalarında anemiya və dalağın böyüməsi də müşahidə edilir”.
Pediatr qeyd edib ki, yenidoğulmuşlarda sarılıq həmişə diqqət tələb edən bir vəziyyətdir:
“Bilirubin səviyyəsini izləmək üçün pediatr tərəfindən tez bir zamanda müayinə vacibdir. Vaxtında diaqnoz və müalicə ilə proqnoz əksər hallarda ümumiyyətlə müsbətdir və ağırlaşmaların qarşısını almaq olar”.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:09


Bakı -°C

