08 Iyul 2025 09:45
87
DÜNYA

Şir qadına və iki uşağa hücum etdi - Anbaan görüntülər

Pakistanın Lahor şəhərində şir qadına və iki uşağa hücum edib.

Adalet.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yayılan kadrlarda fermada saxlanılan şirin hasardan tullanaraq yoldan keçən insanlara hücum etdiyi əks olunub.

Polisin verdiyi məlumata görə, zərərçəkən qadın, eləcə də 5 və 7 yaşlı uşaqlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olsa da, üz və qollarında xəsarətlər var.

O da qeyd olunub ki, şir artıq vəhşi təbiət parkına göndərilib.

Həmçinin şirin sahibi olan 3 nəfər həbs edilib.

Görüntüləri təqdim edirik: