Paşinyan katalikosa qarşı hərəkata başçılıq edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan, apastol kilsəsini bütün ermənilərin katalikosu İkinci Qaragendən xilas edilməsi hərəkatına başçılıq etmək niyyətindədir.
Baş nazirin sözlərinə görə, həbs edilən arxiyepiskopların və katalikosun İsus Xristosa (İsa peyğənbərə R.H.) və onun elminə heç bir aidiyyatı yoxdur.
"İsus Xristosun evi, antixristlər, antimillətçilər qrupu tərəfindən zəbt edilib və kilsə onlardan təmizlənməlidir. Mən kilsənin onlardan təmizlənməsi hərəkatına başçılıq edəcəm"- deyə Paşinyan sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
Deyəsən Paşinyan nəhayət ki, bu günədək xalqının başına gələnlərin hardan qaynaqlandığını anlamağa başlayıb. O, Ermənistanı həm Rusiyanın, həm də apostol kilsəsini şeytanlardan təmizləmək istəyir...
Rüstəm Hacıyev
Digər Xəbərlər

Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - FOTOLAR

KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

İspaniyadakı öküz yarışları yenə diqqət çəkdi - VİDEO

Kreml nazirin intiharına münasibət bildirdi

Tacikistan və Qırğızıstan yeni sərhəd keçid məntəqəsi açıblar

Rusiya, Ukrayna və ABŞ prezidentləri Türkiyədə görüşə bilər - Fidan

Böyük Britaniya iki rus generalına sanksiya tədbiq edib
