Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
"Böyük iyirmiliy"in (G20) sammitində iştirak edəcək Rusiya nümayəndə heyətini ABŞ-yə aparan təyyarə 20 saatdan çox uçuş həyata keçirməli olub.
Adalet.az xəbər verir ki, "düşmən" ölkələrin hava məkanından yan keçməli olan xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti 20 saat 10 dəqiqəlik səfərdən sonra Atlantaya çatıb.
G20 ölkələrinin xarici işlər nazirlərinin sammiti oktyabrın 30-31-də Atlanta şəhərində keçiriləcək. Bu tədbir dekabrın 14-15-də Mayamidə keçirilməsi planlaşdırılan G20 liderlərinin sammitindən əvvəl əsas görüş hesab olunur. ABŞ Prezidenti Donald Tramp liderlərin sammitində Rusiya lideri Vladimir Putini görmək istədiyini bəyan etsə də, Kremldə hələlik bu barədə qərar qəbul edilmədiyi bildirilib.
Qeyd edək ki, Lavrov artıq bir neçə dəfə "düşmən" ölkələrdən yan keçərək ABŞ-yə səfər etməli olub. Belə ki, rusiyalı nazir BMT tədbirlərində iştirak etmək üçün 2 dəfə Nyu-Yorka 12 saatdan çox davam edən uçuşlar həyata keçirib.
Rusiyanın "düşmən" hesab etdiyi dövlətlərin siyahısında 49 ölkə var. Onların əksəriyyəti Avropa İttifaqı dövlətləridir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra tətbiq edilən hava məkanından istifadə məhdudiyyətləri Rusiya təyyarələrinin uçuşlarını çətinləşdirir.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

