adalet.az header logo
  • Bakı -°C
12 May 2026 16:36
110
ŞOU-BİZNES
A- A+

Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı

Türkiyəli reper Eypio son günlərdə “Yeraltı” serialının soundtrekləri ilə yenidən gündəmə gəlməsi fonunda Bakıdakı konserti ilə diqqət mərkəzinə düşüb.

Adalet.az-ın məlumatına görə, paytaxtda keçirilən gecədə sənətçinin çıxışı böyük maraqla qarşılanıb.

Konsertə toplaşan yüzlərlə musiqisevər Eypionun səhnəyə çıxışını alqışlarla qarşılayıb, onun məşhur mahnılarını birlikdə ifa edib.

Gecə ərzində reper “Günah Benim”, “Kör Bıçak”, “Naim” və dinləyicilər tərəfindən sevilən digər hitlərini səsləndirib. Enerjili performansı və tamaşaçı ilə qurduğu səmimi ünsiyyət gecəyə xüsusi rəng qatıb.

Konsertin ən yaddaqalan anlarından biri isə Eypionun ifasını Azərbaycan bayrağı ilə davam etdirməsi olub. Sənətçinin bu addımı zalda böyük coşğu yaradıb, tamaşaçılar alqış və “Azərbaycan” şüarları ilə ona dəstək veriblər.