Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqladı
Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə, yəni Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitala yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib. Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.
Nazirlikdən Adalet.az-a bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.
Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.
Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.
Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılacaq.
Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.
Digər Xəbərlər
15 May 2026 13:05
Sabah yağış yağacaq
15 May 2026 12:40
WUF13 zamanı bu şəxslər üçün nəqliyyat pulsuz olacaq
15 May 2026 11:48
“Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - VİDEO
15 May 2026 11:16
WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
15 May 2026 10:59
İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - VİDEO
15 May 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
15 May 2026 10:28
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
15 May 2026 09:20


Bakı -°C

