Sahibə Qafarova Belqradda konfransında çıxış etdi - FOTOLAR
“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxışı zamanı Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, Prezidentin imzaladığı sərəncamlar, milli fəaliyyət planları və dövlət proqramları qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə səbəb olan kompleks və hərtərəfli yanaşmanın formalaşdırılmasını təmin edib.
Spiker Sahibə Qafarova deyib ki, bu gün cəmiyyətimizdə mövcud olan gender bərabərliyi ilə bağlı təsəvvürlər əslində çox əvvəllər formalaşmış milli ənənələrimizi əks etdirir.
Azərbaycan qadınları tarixən cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul olunub və onun inkişafına həlledici təsir göstəriblər.
Azərbaycan parlamentinin sədri əldə olunmuş nəticələrin əhəmiyyətini qeyd edərək, gender bərabərliyinin tam təmin olunması istiqamətində fəaliyyətin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, vacib məqam ondan ibarətdir ki, Azərbaycanda əldə olunmuş bu nəticələr davamlı xarakter daşıyır və dövlətimizin gender bərabərliyinin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini əks etdirir.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 15:18
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18


Bakı -°C

