Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
5 iyun tarixində "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamilə əsassızdır və onları qətiyyətlə rədd edirik.
Adalet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin "CNN World"-də dərc olunmuş məqalədə Azərbaycanla bağlı əsassız iddialara dair şərhində bildirib.
Onun sözlərinə görə, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilmiş və bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim edilib.
“Heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə əsaslanan və Azərbaycanın rəsmi mövqeyini nəzərə almayan iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.
Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək.
Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və heç bir sübuta əsaslanmayan iddialar növbəti dezinformasiya cəhdidir.
CNN-dən əsassız iddiaların yayıldığı bu məqalənin təkzib edilməsini gözləyirik”, - Ayxan Hacızadə qeyd edib.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18
Əli Nağıyev Bakıda gürcü həmkarı ilə görüşdü
05 Iyun 2026 12:15


Bakı -°C

