Şahbaz Şərif Ərdoğana TƏŞƏKKÜR ETDİ

Pakistan Türkiyəyə regionda gərginliyin azaldılması və sülhün qorunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və bu kritik məqamda Türkiyənin Pakistanla həmrəy olduğuna və dəstəyinə görə ona təşəkkür etdim. Suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq", - o bildirib.
Digər Xəbərlər

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
