09 May 2025 11:57
290
DÜNYA

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" -Paşinyan

"Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq".

Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik.

Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”, - deyə Paşinyan əlavə edib.