07 Iyul 2025 17:39
105
DÜNYA

Ərdoğan DEM Partiya üzvləri ilə görüşüb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada DEM Partiya heyəti ilə görüşü başa çatıb.

Adalet.az NTV-yə istinadən xəbər verir ki, görüşdən sonra DEM Partiyanın bəyanatla çıxış edəcəyi gözlənilir.

    ***

    16:35

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiya heyətini qəbul edib.

    Adalet.azNTV-yə istinadən xəbər verir ki, görüşün gündəmində əsas məsələ “Terrorsuz Türkiyə” prosesinin ən mühüm mərhələsi olan PKK-nın tərksilah edilməsi məsələsidir.

      Qeyd edək ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ikinci görüşüdür.

      DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.

      Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.

      PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.