Sabah yağış yağacaq
Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər saatlarından arabir güclənən şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
Digər Xəbərlər
01 Iyun 2026 20:51
Alona Əliyeva uşaqlarla bir arada - FOTOLAR
01 Iyun 2026 09:23
"Hər bir uşağa xoşbəxt həyat arzulayıram" - Mehriban Əliyeva
31 May 2026 16:25
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
31 May 2026 12:00
ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
30 May 2026 07:58
Leyla Əliyevanın övladları ilə yeni görüntüləri - VİDEO
29 May 2026 13:50
DİN-dən velosiped və skuter sürücülərinə xəbərdarlıq
28 May 2026 17:32
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib
28 May 2026 17:01


Bakı -°C

