adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 21:00
18
DÜNYA
A- A+

“İran ABŞ ilə saziş bağlamaq istəyir” - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında davam edən dolayı təmasların dayandırılması barədə İrandan hər hansı rəsmi bildiriş almadığını bəyan edib.

Adalet.az xəbər verir ki, ABŞ lideri bu barədə “NBC News” telekanalının jurnalisti Qarrett Haakenin suallarını cavablandırarkən bildirib.

Tramp Tehrandan danışıqların dayandırılması ilə bağlı hər hansı təsdiq eşitmədiyini vurğulayıb:

“İran həqiqətən də ABŞ ilə saziş bağlamaq istəyir və bu, həm Vaşinqton, həm də onun müttəfiqləri üçün faydalı olacaq. Lakin hesab edirəm ki, biz bu barədə həddindən artıq çox danışdıq, əgər həqiqəti bilmək istəyirsinizsə. Məncə, indi susmaq ən yaxşısı olardı. Danışıqların mümkün dayandırılması avtomatik olaraq Birləşmiş Ştatların hərbi ssenariyə qayıtması və ABŞ-nin bombardmanlara başlaması demək deyil. Bununla belə, ABŞ İrana qarşı dəniz blokadasını davam etdirəcək”.

Xatırladaq ki, mayın 30-da Tramp İranın danışıqlar zamanı nüvə silahı yaratmaqdan və satın almaqdan imtina etməyə hazır olduğunu iddia etsə də, mayın 31-də İranın “Tasnim” agentliyi Tehranın ABŞ ilə fikir ayrılıqlarının nizamlanmasına dair saziş layihəsinə öz düzəlişlərini etmək niyyətində olduğunu yaymışdı.