“Ermənistan tərəfi sonrakı proseslərdə tamamilə tərksilah edildi”
“Vətən müharibəsində məğlub olan Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri uzun müddət yerinə yetirmədi. İmzalan birgə bəyanatdan üç ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də öz silahlı birləşmələrini Qarabağdan çıxarmırdı və təxribatlarına da davam edirdi”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, 2020-ci ildən sonrakı müddətdə Qarabağa silah-sursat, texnika və heyət daşınması rus kontingentinin gözü qarşısında baş verirdi:
“Son dəfə erməni silahlılarının basdırdığı minada mülki şəxslər də daxil olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumilikdə 9 əməkdaşının həlak olması Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin səbir kasasını daşırdı. Ali Baş Komandan tərəfindən məhz bu hadisədən sonra antiterror əməliyyatının başlanması barədə əmr verildi. Azərbaycanın qəhrəman Silahlı Qüvvələri cəmisi 6 saat ərzində rus kontingentinin nəzarətində olan 18 minlik erməni kontingentini dizi üstə diz çökməyə vadar etdilər. Ermənistan tərəfi sonrakı proseslərdə tamamilə tərksilah edildi. Düşmən mövqeləri darmadağın olundu. Ermənilər silah-sursat, texnikanı, vasitə və avadanlıqları Azərbaycana təhvil verməklə ərazilərimizi tərk etdilər”.
Ə.Verdiyev bildirib ki, beləliklə, Azərbaycan suverenliyini bütün ərazilərinin hər bir nöqtəsində təmin etmiş oldu:
“Başqa sözlə desək antiterror əməliyyatı Azərbaycan ərazisində uzun illər boyu mövcud olan erməni separatizminin məhv edildiyi gün oldu”.
Qeyd edək ki, bu gün 2022-ci ilin 12-14 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatının növbəti ildönümüdür.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41
Milli Məclisin sədri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib
14 Sentyabr 2026 17:35


Bakı -°C

