Əli Əsədov yeni qərar imzaladı
Nazirlər Kabineti 30 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası"nda dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır. Bu bənddə qeyd olunan dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Bundan başqa, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.
Digər Xəbərlər
15 Sentyabr 2026 12:00
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41


Bakı -°C

