19 Iyun 2025 13:27
97
DÜNYA

Rusiya Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxır

Rusiya Federasiyası Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirib.

Qeyd olunub ki, Rusiya Federasiyası ilə Almaniya arasında 1996-cı ildə imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında saziş indiki şəraitdə öz mənasını və praktiki əhəmiyyətini itirib.

Rəsmi Moskva Almaniyanı ideoloji şəkildə öz əhalisini anti-Rusiya mövqeyi tutmağa təhrik etməkdə və hərbi-siyasi vəziyyətin gərginləşməkdə ittiham edib..

Rusiya XİN Almaniyaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaqla bağlı müvafiq prosedurlar həyata keçirildiyini də açıqlayıb.