İstanbulda İƏT-in XİN Şurasının 51-ci sessiyası keçiriləcək

Türkiyənin İstanbul şəhərində 21-22 iyunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, sessiya xarici işlər naziri Hakan Fidanın moderatorluğu ilə “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusunda baş tutacaq.
Toplantıda iştirak etmək üçün 40-dan çox ölkənin xarici işlər nazirlərinin İstanbula gələcəyi gözlənilir. Bu, əvvəlki görüşlərlə müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçı deməkdir.
Həmçinin, iclasda İƏT-ə üzv olan 57 ölkədən, bu təşkilata bağlı qurumlardan, müşahidəçi ölkələrdən və digər beynəlxalq təşkilatlardan 1000-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Digər Xəbərlər

İsrailin Tramp qədər yaxşı dostu olmayıb - Netanyahu

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb

İranın nüvə reaktoru belə vuruldu - VİDEO + YENİLƏNİB

İran İsraildə sabiq nazirin evini vurdu - VİDEO

Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxacaq

Rusiya Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxır

Peskov: ABŞ-nin müdaxiləsi müharibəni genişləndirə bilər
