Rus işğalının Sisianov dönəmi: Gəncənin işğalından sonra, "Bakının məhvi" planı
jpg-1695111333.jpg)
1803-cü ildə Cavad Xanla məktublaşan və ona "təslim ol” çağırışı edən çar Rusiyasının Həştərxan general-qubernatoru, knyaz Pavel Sisianov rədd cavabı aldıqdan sonra Gəncəyə irimiqyaslı hücum təşkil etməyi qərara alır.
O, qəhrəman şəhərin - Gəncə əhalisinin müqavimətindən çəkinərək, hiyləyə əl atır və ermənilərə belə bir məktubla müraciət edir:
"Bütün Rusiya ordusu ilə Gəncə torpağına girərkən, hamınızı lütfkar rus hökmdarlarının adından əmin edirəm ki, Rusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq, müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı bir guşəsində asudə yaşamaq hüququ veriləcək”.
Kimdir bu işğalçı Sisianov?
Pavel Dmitriyeviç Sisianov gürcü əsilli çar generalı olub. O, 1754-cü ilin 19 sentyabrında Moskvada, knyaz Dmitri Pavloviç Sisianovun və Yelizaveta Baqration-Davitaşvilinin ailəsində doğulub. Pavel Dmitriyeviçin əcdadları gürcü çarı VI Vaxtanqın vaxtından Rusiyada mühacir olublar.
Pavel öz hərbi karyerasına 1772-ci ildə, Preobrajenski alayında gizir kimi başlayıb. 1771-ci ildə o, həmin polkun yeger rotasının komandiri təyin edilib. 1778-ci ildə Sisianovu podpolkovnik rütbəsində Tobolsk piyada polkuna keçiriblər.
1786-cı ildə knyaz oğlu polkovnik rütbəsində Sankt-Peterburq qrenadyor polkunun komandiri təyin olunub. Yekaterinanın dövründə başlayan 2-ci rus-türk müharibəsində Sisianov döyüşkənliyi ilə fərqlənib.
Sonradan Sisianov çox döyüşlərdə iştirak edib, ordenlər, medallar alıb, hara göndəriblərsə, tapşırığı dəqiqliklə yerinə yetirib, adı çıxarıb.
1793-cü ildə, 39 yaşı tamam olanda Sisianov artıq general-mayor idi. 1794-cü ildə o, Varşava və Vilnoda üsyanların yatırılmasına rəhbərlik edib. Suvorov kimi dahi bir sərkərdə belə Sisianovu "cəsur general" adlandırıb. Şair Puşkin öz "Qafqaz əsiri" poemasında ona misralar həsr edib. İmperatriçə Yekaterina da onun xidmətlərini mükafatsız qoymayıb, orden-medallarla yanaşı ona Minsk quberniyasında 1500 nəfər təhkimi kəndlisi olan malikanə bağışlayıb.
Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsinin, daha dəqiqi, ölkəmizin Rusiya tərəfindən ilhaqının əsas işini Sisianov görüb. O, 1796-cı ildə Yekaterinanın əmri ilə qraf Zubovun rəhbərliyi altında Qafqaza gəlib. I Aleksandr taxt-taca yiyələnəndə Sisianov 1801-ci ildə general-leytenant rütbəsi alıb. 1802-ci ildə Həştərxanın general-qubernatoru və Gürcüstandakı qoşunların baş komandanı təyin edilib.
Gəncəni Yelizavetpol edən Sisianov
Onun bu hiyləsi özünü doğruldur. Təsadüfi deyil ki, Cavad Xanın ölümünə və Gəncənin işğalına səbəb olan Anodyan elə Cavad Xanın erməni arvadı Astığikin qardaşı idi. Yeri gəlmişkən, Cavad xan haqqında tədqiqat işləri aparan professor Sadıq Şükürov yazır ki, Cavad xanın arvadlarından biri erməni qızı Astığik idi. Cavad xan Gəncə xanlığının nüfuzunu daha da böyütmək və ətraf ərazilərə də yaymaq üçün bir növ nikah diplomatiyasına girir. O, bununla da xrisitian və erməni məliklərini təsirinə salmaq üçün yararlanırdı"
Bəli, əzəməti, mübarizəsi ilə böyüklük simvoluna çevrilmiş Cavad xanın sonu elə erməni qadınının ucbatından faciə ilə bitir. Beləki, Cavad xan Astığiklə nikaha girdikdən sonra onun adını dəyişdirib Astagül qoyur. İllər sonra Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən rus işğalçısı Sisianov hər dəfə rədd cavabı alır. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verir. Məhz yanvarın ilk günlərində Sisianovun qərargahına bir şəxsi gətirirlər.
Adı Revaz Andoyan olan şəxs Sisianova Gəncə qalasının yollarının, planlarının xəritəsini təqdim edir. Cavad xanın ölümünə və Gəncənin süqutuna bais olan Anodyan Cavadxanın arvadı Astığikin qardaşı idi.
Cavad xan haqqında poema yazan Sabir Rüstəmxanlı yazır:" Qarabağdan qaçan, İbrahimxəlil xanın qovduğu erməniləri Cavad xan qəbul eləmişdi və onların bir hissəsini Gəncədə, bir hissəsini isə Şəmkir yolunda, dağətəyi kəndlərdə yerləşdirmişdi. Və Cavad xanın ermənilərə xoş münasibəti vardı, ona tabe olan insanlar kimi hamısına yaxşı münasibət bəsləyirdi. Cavad xanın qucaq açdığı, yardım etdiyi ermənilər Sisianovun yanına gedib deyirlər ki, Gəncənin ərzağı da var, hər cəhətdən təminatı da var, bir il də mühasirədə saxlasanız, bu şəhəri ala bilməzsiniz. Sisianov soruşur ki, bəs şəhərə girmək üçün yol nədir?
Ermənilər deyir, Gəncənin suyu kəsilməlidir. Ermənilər Gəncəyə gələn suyun yolunu göstərirlər və o boruları heyvan qanları ilə doldururlar. Yəni şəhərə qan axıdırlar. Bundan sonra şəhərin suyu kəsilir, xəstəlik başlayır, müqavimət zəifləyir..ermənilər Sisianova deyir ki, Gəncənin açarlarının biri bizdə olacaq, biz o qapını açacağıq. Belə də olur və şübhəsiz ki, Gəncənin əldən getməsində ermənilərin xəyanəti çox ciddi rol oynadı. Məlumdur ki, Cavad xan Acıdərədə son ana qədər vuruşur, sonra düşmənin topunun çox olduğunu görüb qalaya sığınır. Cavad xan və oğlu öldürüləndən sonra rus ordusu şəhərə girib, qaçıb məsciddə gizlənən insanları yandırıblar."
Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol adlandırılıb.Beləcə, Pyotrun da vəsiyyət etdiyi kimi, ermənilərdən istifadə bəhrəsini verib.
Gəncə işğalından həvəslənən Sisianovun "Bakı" planı
General Sisianov 1805-ci ildə "Kürəkçay müqaviləsi”ni imzalamaq üçün Azərbaycan xanlıqlarına müraciət edir. Qarabağ, Şəki, Şamaxı xanları müqaviləyə imza atsalar da, Bakı xanı Hüseynəli Xan bundan imtina edir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev araşdırmasında yazır:" Bakıya hücum edən zaman Hüseynqulu xana aşağıdakı məzmunda məktub göndərir:
“Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən. ."
Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim etmək üçün şəhərdən çıxır.
Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov qala divarlarına tərəf getdi. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan qəfil atəş açaraq Sisanovu öldürdü. Hüseynqulu xan onun meyidinə baxım "səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım."
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında* qızıla İran şahına satıldı ...
Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəslir, başı isə Fətəli şah Qacara təhvil verilib. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə belə cavab verdi. Onun başını və əllərini kəsib, bədənin doğram doğram elədi.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı. Bəzi mənbələr sonradan başın ruslar tərəfindən geri alınmasını da yazırlar.
Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin ilin axırında Qafqazın yeni baş komandanı Markiz Pauluççi Sisianovun sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir".
P.S.1846-cı ildə, ölümünün 40 illiyində Bakıda Sisianova abidə qoyublar. Sovet dönəmində isə həmin abidə ləğv edilib. Çünki ruslar artıq Bakını yenidən işğal etmişdilər. Bu dəfə çar generalı Sisianova yox, "26-lar"a, 11-ci qrımızı oduya abidə qoydular. İndi müstəqil respublika olsaq da Rusiyanın işğalı davam edir. 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda Rusiya sülhməramlılarının hərbi düşərgəsinin olması, orada “Rusiya Şöhrət Xiyabanı” açılması, Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulması dediklərimizi sübut edir. Ən pisi də odur ki, “Rusiya Şöhrət Xiyabanı” Azərbaycanın sülhməramlıların nəzarətində olan Xocalı şəhəri yaxınlığında salınıb.
Əntiqə Rəşid
Digər Xəbərlər

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirildi - FOTO

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı - VİDEO

Sabah “Daxili qoşunlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Prezidentdən SOMDA ilə bağlı FƏRMAN

Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr təyin edildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib
