Rəqqasə Fatimə: “ … mənə qutab vermədiyin günü xatırla”
Rəqqasə Fatimə Fətəliyeva ilk evliliyində yaşadıqları problemlərdən danışıb.
Adalet.az bildirir ki, o, keçmiş yoldaşını övladı ilə görüşməməkdə qınayıb:
“Əslində bu haqda heç vaxt danışmağı sevmirəm. Ancaq heç kəs məni qınaq obyektine çevirməsin deyə danışıram. İlk evliliyimdə çətinliyim, əlbəttə, olub. Hətta deyərdim ki, bir qutabı belə keçmiş qaynanam mənə qıymayıb.
Eşidirəm ki, yaxşı yaşayırlar. Keçmiş yoldaşım isə evlidir, iki uşağı da var. Amma unutmaq olmaz ki, sənnin Aydan kimi qızın var. O sənin ilk balandır. Necə ola bilər ki, adam öz övladı ilə maraqlanmasın.
Bahalı maşın sürmək, yaxşı evdə yaşamaq insanlıq deyil. İnsanlıq rəhmət və mərhəmət hissinin olmasıdır.
Axirətini düşünmək istəyəndə, hamilə vaxtı mənə qutab vermədiyin günü xatırla”.
Əntiqə


Bakı -°C

