225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.
Adalet.az xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.
Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
“Real TV”nin yaydığı həmin görüntüləri təqdim edirik:
Digər Xəbərlər
30 Oktyabr 2026 23:12
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
30 Oktyabr 2026 19:46
Bu rayonda elektrik enerjisinin verilişi dayandırılacaq
30 Oktyabr 2026 17:23
Naxçıvanda maşın 9 yaşlı uşağı vurdu
30 Oktyabr 2026 15:39


Bakı -°C

