Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB
Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
Bu barədə Adalet.az-a Azərbaycan Qida TƏhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
*** 17:45
Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***16:51
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Adalet.az "Report"a istinadən xəbər evrir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
Digər Xəbərlər
30 Oktyabr 2026 23:12
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
30 Oktyabr 2026 19:46
Bu rayonda elektrik enerjisinin verilişi dayandırılacaq
30 Oktyabr 2026 17:23
Naxçıvanda maşın 9 yaşlı uşağı vurdu
30 Oktyabr 2026 15:39


Bakı -°C

