“Bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə təsir edir...”
“Qlobal ticarətdə risk anlayışı artıq gündəlik qərarlara birbşa təsir edən real faktora çevrilib. Daşıma marşrutları, sığorta şərtləri və təchizat zəncirləri bu gün iqtisadi hesablamadan çox geosiyasi dinamikanın təsiri altındadır. Son günlər Qara dənizdə baş verənlər, Yaxın Şərq, Şərqi Avropa xətti boyunca davam edən qarşıdurmalar, Latın Amerikasında Venesuela ətrafında artan gərginlik və s. qlobal logistikanın nə qədər kövrək olduğunu bir daha göstərir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, bir regionda baş verən hadisə minlərlə kilometr uzaqda qiymətlərə, müddətlərə və risk gözləntilərinə təsir edir:
“Buna görə də dünya mediası artıq “harada istehsal olunur?” sualına cavab axtarmır. Hər kəs daha çox “haradan təhlükəsiz keçə bilir?” sualını önə çıxarır. Bu isə dəyişən iqtisadi reallığın açıq göstəricisidir. Dünya iqtisadiyyatı bu mərhələdə sürət və ucuzluqdan çox, təhlükəsizlik və dayanıqlılıq üzərində qurulur. Bu kontekstdə mübaliğəsiz demək olar ki, 2020-ci ildən sonra qlobal miqyasda təhlükəsizlik mühiti getdikcə gərginləşdiyi halda, bizim coğrafi koordinatlarda (Cənubi Qafqazda) əks proses müşahidə olunur. Vaxtilə risk kimi qiymətləndirilən bu məkan indi Azərbaycanın pozisiya üstünlüyü yaradan strateji kombinasiyalarının nəticəsində daha stabil, proqnozlaşdırılan və etibarlı görünməyə başlayır. Məhz bu reallıq təhlükəsizlik amilinə əsaslanan qlobal oyunçular və iştirakçılar üçün burada yeni iqtisadi və logistika seçimləri imkanı yaradır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Dekabr 2025 12:00
Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
25 Dekabr 2025 10:50
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46
Azərbaycan benzininin Ermənistandakı satış qiyməti AÇIQLANIB
22 Dekabr 2025 17:27


Bakı -°C

