adalet.az header logo
  • Bakı -°C
25 Dekabr 2025 12:59
90
İDMAN
A- A+

“Mançester Siti”nin sabiq futbolçusu karyerasını bitirir

Ekvador millisinin və İngiltərənin “Mançester Siti” klubunun sabiq futbolçusu Felipe Kaysedo karyerasını bitirməyə hazırlaşır.

Adalet.az xəbər verir ki, hazırda ölkəsinin “Barselona” klubunda çıxış edən 37 yaşlı hücumçu bu yaxınlarda silahlı hücum nəticəsində dünyasını dəyişən komanda yoldaşı Mario Alberto Pineydanın ölümündən təsirləndiyi üçün bu qərarı qəbul edib.

Felipe Kaysedo karyerası ərzində “Mançester Siti”dən başqa, “İnter” və “Latsio” kimi tanınmış komandalarda da çıxış edib.