08 Oktyabr 2025 11:10
73
SAĞLAMLIQ

 Bu, bizim borcumuzdur...

Bir neçə  gün bundan öncə xanımım Yeni Günəşlidəki " Stend " stomotoloji klinikaya  gedib. Və orada gözəl stomatoloq Ceyhun həkimə dişlərin müalicə etdirib.Onu da qeyd edim ki, xanımım diz qabağından əməliyyat olunub, o biri dizində də cərrahiyyə əməliyyatı aparılmalıdir. Ona görə də, yeriməkdə çətinlik çəkir. Pilləkənləri qalxanda və enəndə mütləq kimsə ona kömək etməlidir.

Axsaya- axsaya klinikadan çıxanda , uşagını və xanımını həkimə gətirən polis zabiti onu görür və cəld tərpənib ona kömək edir, pilləkənləri düsürür. Deyir ki, ana , icazə ver , maşınla sizi evinizə aparım.Xanımım polis zabitinə təşəkkür edib, deyir ki, çox sağol, oğul, elə təklif edirsən, aparmış kimisən. Və bir də nəvəm burdadır, o aparacaq.Amma yenə polis zabiti ona evə aparmaq üçün  dəfələrlə köməkliyini təklif edir.Xanımım bir daha bu diqqətə görə polis zabitinə minnətdarlıq edir.O da bildirir ki, ana, bu, bizim vəzifə borcumuzdur.

Elə bu vaxt vaxt nəvəmiz maşınla  gəlir. Polis zabiti maşının qapısını açır, ona kömək edib, maşında əyləşdirir.Bax , xanımım bu, vətənpərvər və nəcib hərəkətinə görə, o, polis zabitinə öz təşəkkürünü bildirir.Deyir ki, o polislər bizim balalarımızdı. Onlar bizi qoruduğu və sevdiyi kimi, biz də onlara hörmətlə yanaşmalıyıq! Bir dəfə də yolda özünü pis hiss edən xanımıma Çevik Polis Alayının əməkdaşları kömək edib, onu xidməti avtomobillərinə  mindirib , evimizə gətiriblər. Bax ona görə də, mənim həyat yoldaşım belə xeyirxah, vətənpərvər polis əməkdaşlarının xətrini çox istəyir. Deyir ki, Allah polislərimizi qorusun!!!

Emil Faiqoğlu