“Telekanallarımız gənclərin psixologiyasını korlayır” - Sosioloq

“Ümumiyyətlə, son dövrlərdə əhalinin artımı sürətlə azalır, uşaq doğulması aşağı düşür, ailələrdə uşaq dünyaya gətirmək istəyi azalır. Yəni əvvəllər 3-4 uşaq doğulurdusa, indi adətən bir uşaq və nadir hallarda iki uşaq doğulur. Boşanmalar üzrə də rekord vurmuşuq və bu artıq 50 faizi keçib. Boşanmmalar da ailələrin dağılması və uşaqların dünyaya gəlməsinin qarşını alır. Bütün bunlar özünü təbii ki, təhsil statistikasında və digər sahələrdə də göstərir. Bir sözlə, bütün demoqrafik göstəricilərdə sürətli şəkildə tənəzzül gedir. Bunun isə çox ciddi fundamental səbəbləri var. Bunlar sosial iqtisadi və mənəvi psixoloji səbəblərdir”.
Bunu Adalet.az-a açıqlamasında sosioloq Elçin Bayramlı uşaq doğuşlarının sayının azalması haqda danışarkən deyib.
Sosioloqun sözlərinə görə, burda əsas pay sosial iqtisadi səbəblərin üzərinə düşür:
“Gənclərin evlənmək üçün müvafiq resurslara malik olmaması, evsizlik, işsizlik, işləyəndə gəlir azlığı və gələcəkdən əmin olmamaq problemi buna səbəb olur. İndi elə bir dövrdə yaşayırıq ki, insanların sabaha ümidi yoxdur. Bu gün maddi imkanı olan bir adam belə fikirləşir ki, ailə qursam, iki övladım olsa belə işimə ümidli deyiləm, işsiz qala bilərəm, pul qazana və uşaqları böyüdə bilmərəm. Belə bir güvənsizlik mühitində gənclər evlənməkdən boyun qaçırırlar. Hələ toy xərclərini demirəm”.
Onun sözlərinə görə, bütün ölkələrdə bu problemi həll etmək üçün dövlətlər sosial paketlər həyata keçirirlər:
“Yeni evlənənlərə güzəştlər, yardımlar edilir. Əksər ölkələrdə onlara sosial evlərin verilməsi təmin olunur. Bir çox ölkələrdə isə ailə quran gənclərə dövlət konkret maddi yardım göstərir. Uşaqlar dünyaya gələndə demək olar ki, bütün ölkələrdə birdəfəlik doğuş haqqı və uşaqpulu verilir. Üç və daha çox uşağı olanlara əlavə yardım və güzəştlər olunur. Məsələn, Rusiyada çoxuşaqlı ailələrə ev, torpaq sahəsi və maddi yardım göstərilir”.
Elçin Bayramlı deyib ki, bu köməkliklər olmayanda əhalinin qocalması və demoqrafik faciə baş verir:
“Bu isə çox stareji milli təhlükədir və bunu ancaq dövlət proqramı həyata keçirilərək aradan qaldırmaq olar. Amma çox təəssüf ki, burda sadaladığım tədbirlərin heç biri yalnız bizdə yoxdur. Problemin qarşısını almaq üçün bu problem həll edilməlidir.
İkinci səbəb isə mənəvi psixoloji səbəbdir və burda maddi problemlər rol oynamır. Amma burda şüur, psixologiya dəyişib. Bunlar da narsist, eqoist əhvalda formalaşan gənclərdir. Bunlar deyir ki, bütün həyatımı özümə həsr edəcəm, heç bir uşağa görə əziyyət çəkəsi deyiləm, gəlirimi gəzməyə, kefə sərf edəcəm. Bu isə zombiləşmənin əsas göstəricilərindən biridir. Bu da çox ciddi təhlükədir. Dövlət kanallarımız istisna olmaqla bizim digər kanallarımız da illərdir ki, bu təbliğatı aparır. Bununla gənclərin psixologiyasını korlayıblar. Öz milli-mənəvi dəyərlərimizi məhv etmişik. Bütün bu iki səbəbin nəticəsi açıq şəkildə demoqrafik faciəyə aparır. Yaşlı nəslin yerinə gənclər gəlmir və ciddi problemlər yaranır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Antiterror əməliyyatının ildönümüdür

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib

“Qohum evliliklərinin vacib olduğunu demirəm, amma...” - Sosioloq

Bakı aeroportundan Formula 1-lə bağlı sərnişinlərə müraciət

Bu arayışları da “ASAN xidmət” verəcək

"802" xidmətinin maddi-texniki bazası gücləndiriləcək

Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiqlənib
