Qobustanda yeni qayaüstü təsvirlər aşkarıb
Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.
Bu barədə Adalet.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.
Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.
Digər Xəbərlər
21 Aprel 2026 18:34
Kür və bəzi dağ çaylarında son vəziyyət
21 Aprel 2026 15:13
Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydası təsdiqləndi
21 Aprel 2026 13:50
Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ
21 Aprel 2026 12:16
Deyirlər ki...
21 Aprel 2026 11:58
Qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
21 Aprel 2026 11:17
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
21 Aprel 2026 11:07
Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
21 Aprel 2026 10:34


Bakı -°C

