Qazaxıstanda 20 yeni quş növü kəşf edildi
Son illərdə Qazaxıstanda əvvəllər qeydə alınmayan 20-dən çox yeni quş növü aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstanın Biomüxtəlifliyin Mühafizəsi Assosiasiyasının elmi direktoru Sergey Sklyarenko məlumat verib.
“Hazırda Qazaxıstanda 520-dən çox quş növü var. Hər il ölkəyə yeni növlər uçur”, - o, brifinqdə bildirib.
Sklyarenko ölkənin quş faunasının hazırkı vəziyyətinə toxunaraq qeyd edib ki, ayrı-ayrı növlərin azalması qlobal tendensiyadır, bu gün Qazaxıstanda təxminən 60 quş növü müxtəlif dərəcələrdə təhlükə altındadır.
“Quşların həyatı həmişə rahat olmur, əsas təhlükə onların yaşayış mühitinin məhv olmasıdır. Bu, infrastrukturun inkişafı, mədənçilik, landşaft dəyişiklikləri və bataqlıq ərazilərin quruması ilə əlaqədardır. Bundan əlavə, ətraf mühitin çirklənməsi və digər narahedici amillər də təsir göstərir. Qlobal məlumatlara görə, mövcud quş populyasiyasının təxminən yarısı azalıb”.


Bakı -°C

