01 Noyabr 2025 16:16
115
DÜNYA

"Putinlə Zelenskini İstanbulda qəbul etməyə hazırıq" -Hakan Fidan

Türkiyə Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazırdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında sabit atəşkəsə nail olmaq üçün ilk təməl İstanbulda qoyulub.

Hakan Fidan qeyd edib ki, bu danışıqlar nəticəsində mühüm məsələlər həll olunub.

O, Türkiyənin bu dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb və Rusiya və Ukrayna liderlərini İstanbulda qəbul etməyə hazır olduğunu bəyan edib.