Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda təsdiq edilib.
Digər Xəbərlər

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb - VİDEO

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

Hikmət Hacıyev Bakı-Ağdam qatarı ilə bağlı paylaşım etdi
jpg-1747994625.jpg)
"İrəvan Qazısı" xəbərinə Sübhanidən qərəz: "Zəngəzur dəhlizi olmayacaq"
