Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.
Adalet.az "report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.
Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.
Digər Xəbərlər
31 Oktyabr 2026 16:38
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu AÇIQLAMASI
31 Oktyabr 2026 13:10
Zakir Həsənovdan Yaşar Gülere başsağlığı
31 Oktyabr 2026 10:56
“Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı...”
31 Oktyabr 2026 10:38


Bakı -°C

