Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib.
Adalet.az xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri, təşkilatdaki sədrlik missiyası uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Türk Dövlətləri Təşkilatı ölkələri arasında birgə fəaliyyətin zəruriliyini qeyd edən S.Japarov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artır. Qırğızıstan Prezidenti nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu da bildirib. Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
S.Japarov sonda TDT-nin növbəti qeyri-rəsmi zirvə görüşünün 5-6 avqust 2027-ci il tarixlərində Qırğızıstanda keçirilməsini təklif edib: “Bu görüş əməkdaşlığımızı dərinləşdirmək və birgə layihələrimizi müzakirə etmək üçün yeni imkanlar yaradacaq”.
Digər Xəbərlər
31 Oktyabr 2026 16:38
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu AÇIQLAMASI
31 Oktyabr 2026 13:10
Zakir Həsənovdan Yaşar Gülere başsağlığı
31 Oktyabr 2026 10:56
“Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı...”
31 Oktyabr 2026 10:38
Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyir - Politoloq
30 Oktyabr 2026 23:05
Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi
30 Oktyabr 2026 21:30
Ərdoğanla Ceyhun Bayramovun səmimi görüşü - FOTO
30 Oktyabr 2026 21:10
Ərdoğan Ceyhun Bayramovu qəbul etdi - YENİLƏNİB
30 Oktyabr 2026 18:47


Bakı -°C

