Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirə və görüşlər təşkil olunur.
Adalet.az xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri Hökümə Babayeva “İnzibati iddianın növləri”, Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Adil Babayev “Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənninin ölkəmizdə tədris edilmə tarixi”, Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimov “Hüququn anlayışı və mahiyyəti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vamiq Şükürov “Əqdlər və onların növləri” mövzularında mühazirələrlə çıxış ediblər.
Dərslər zamanı mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, real təcrübədən götürülmüş nümunələr əsasında mövzular izah olunub, kursantları maraqlandıran suallar cavablandırılıb və peşə fəaliyyətində zəruri bacarıqların formalaşdırılmasına xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

