Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənovanın “İctimai diplomatiya” adlı dərsliyi çap olunub. Universitetin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərslik ictimai diplomatiya fəaliyyətinin beynəlxalq münasibətlər sistemindəki rolu, nəzəri əsasları, tarixi inkişafı, bu sahədəki beynəlxalq və yerli təcrübə kimi mövzuları əhatə edir.
Kitabda ictimai diplomatiyanın mahiyyəti, vasitələri, aktorları və növləri, yumşaq güc və ictimai diplomatiya münasibətləri araşdırılır, ABŞ, Böyük Britaniya, Çin və Türkiyənin ictimai diplomatiya təcrübəsi nəzərdən keçirilir. Əsərdə Azərbaycanın ictimai diplomatiya fəaliyyətinə də yer verilir və milli təcrübənin bu sahənin nəzəri yanaşmaları və praktiki tətbiqi ilə əlaqəsi göstərilir.
Azərbaycanda ictimai diplomatiya sahəsində elmi ədəbiyyatın zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyan dərslik dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər, politologiya, regionşünaslıq və əlaqəli sahələr üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47


Bakı -°C

