20 Iyun 2025 13:25
91
DÜNYA

Paşinyan Türkiyədə səfərdədir - VİDEO - YENİLƏNİB

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib.

Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nikol Paşinyanı İstanbul beynəlxalq aeroportunda Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

    Ermənistan liderinin mətbuat katibi Nazeli Baqdasarayan bildirib ki, axşam saatlarında Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan arasında görüş planlaşıdırılıb.

    ***

    12:15

    Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə yola düşüb.

    Adalet.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

    Bildirilib ki, bu, Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. 

    Nümayəndə heyətinin tərkibinə 13 nəfər daxildir. Paşinyanı əsas olaraq, XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

    Məlumata əsasən, bu gün İstanbulda Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır. 

    Qeyd edək ki, o, sonuncu dəfə 2023-cü ilin iyununda Türkiyədə səfərdə olub.