Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistanla Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradacaq.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, Çinlə 2025-ci ilin avqustunda strateji tərəfdaşlığın qurulması Ermənistanın hazırkı hökumətinin mühüm xarici siyasi uğurudur.
"Ölkələrimizin biznes dairələrinin iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı dərinləşdirməsi üçün müsbət siyasi təkan var və tərəfdaşlarımız sadəcə bu imkanlardan istifadə etməlidirlər", - N.Paşinyan deyib.
Onun sözlərinə görə, məsafədən qaynaqlanan nəqliyyat məhdudiyyətlərinə baxmayaraq, regional infrastrukturun blokdan çıxarılması bu problemlərin bir çoxunu həll edə bilər.
"Yüklərin dəmir yolu ilə Çinə çatdırılması üçün imkan yaranır. Bu, tamamilə yeni iqtisadi vəziyyətdir", - baş nazir vurğulayıb.
Digər Xəbərlər

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO

Fransada etiraz aksiyaları: 300-dən çox insan saxlanıldı – YENİLƏNİB

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
