10 May 2025 11:44
136
DÜNYA

Pakistan Hindistana qoşun yeridir?

Pakistan Hindistanla sərhəddə qoşunlarını irəli mövqelərə keçirir.

Adalet.az xarici KİV-ə istinadın xəbər verir ki, bu barədə brifinqdə Hindistan Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Viomika Sinq bildirib.

"Pakistan ordusu öz qoşunlarını irəli mövqelərə aparır ki, bu da vəziyyəti daha da gərginləşdirmək üçün hücum niyyətindən xəbər verir", - hərbi rəsmi bildirib.

Bundan əvvəl Pakistan ordusunun Hindistanın Bhatinda şəhərindəki aerodromunu, habelə Hindistanın Axnur şəhərindəki aviabazasını məhv etdiyi bildirib. 

Mayın 10-na keçən gecə Pakistan Hindistana qarşı Bunyan-um-Marsus (ərəb dilindən tərcümədə “Güclü Divar” kimi tərcümə olunur) adlı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin son zərbələrinə cavab olduğunu iddia edib.