20 Iyun 2025 11:10
267
GÜNDƏM

Öz gözündə "tir"i görməyən Peskov, Yaxın Şərqdə "qıl" axtarışında 

Deməli, ötən gün Ukrayna müharibənin 1212-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Məlumata görə, Rusiya dünənə qədər 1 008 240 hərbçi, 10 951 ədəd tank, 22 853 ədəd zirehli döyüş maşını, 29 328 ədəd artilleriya sistemi, 1 420 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 187 hava hücumundan müdafiə sistemi, 416 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 52 420 ədəd avtomobil texnikası, 41 229 ədəd PUA, 3 369 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 918 xüsusi avadanlıq itirib.
Daha sonra da Rusiya Ukrayna ordusunun itkiləri haqda məlumat verib. Deyib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 64 440 PUA-sı, 611 zenit-raket kompleksi, 23 963 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 372 artilleriya və minaatanı, 37 029 xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Belə mənzərədən sonra Rusiya rəhbərliyi atəşkəslə razılaşmasından dəfələrlə qaçıb. Bu qaçmağın bədəlini də dinc əhali canı ilə ödəyir. Çünki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkə üzərində Ukraynanın 61 ədəd PUA-sını məhv edib.
Oryolda 22, Kurskda 14, Belqorodda 7, Voronejdə 5, Volqoqrad, Rostov, Tula və Bryanskda 3, Moskvada isə 1 ədəd PUA vurulub. Bir sözlə dinc əhali həm Rusiyada, həm Ukraynada Putinin kaprizləri ucbatından kütləvi şəkildə məhv edilir. Ballistik raketlər havada uçuşur. Strateji obyektlər darmadağın edilir. Artıq Rusiyan -Ukrayna müharibəsi dünyanın sabahını qaranlığa bükmək ərəfəsindədir.

Beə bir məqamda ünyanın məhvini reallaşdırmağa çalışan Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov nə desə yaxşıdır? Deyib ki, Yaxın Şərqdəki gərgin vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir:“Yaxın Şərqdəki vəziyyət təkcə region üçün deyil, bütövlükdə dünya üçün son dərəcə gərgin və təhlükəlidir. Münaqişə iştirakçılarının sayının genişləndirilməsi daha təhlükəlidir, bu, yalnız qarşıdurmanın növbəti mərhələsinə və regionda gərginliyin artmasına gətirib çıxaracaq".
Əslində bu öz gözündə tiri görməyib başqalarının gözündə tük axtarmaq qədər səviyyəsiz bir açıqlamadır.

Əntiqə Rəşid