06 Iyun 2025 20:13
1417
İDMAN

"Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş

"Oyunçularım onlardan nələr istədiyimi bilirlər. Bizi çətin matç gözləyir. Latviya millisinin keyfiyyətli oyunçuları var".

Adalet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının yaxşı təlim-məşq toplanışı keçdiyini bildirib: "Bəzi futbolçular Azərbaycan Kubokunun final oyunundan sonra komandaya qoşuldular. Rəqib barədə uşaqlara ətraflı məlumat vermişəm. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".