Oyuncaq avtomobillə Bakı yollarında şütüdü - VİDEO
Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda şütüyən şəxs məsuliyyətə cəlb edilib.
Adalet.az xəbər verir ki, həmin şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) sorğumuza cavab olaraq bildirilib ki, görüntüləri yayılan şəxs məsuliyyətə cəlb olunub: “Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”.
Yol polisi vurğulayıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər: “Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”.
Digər Xəbərlər
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

