Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
Çin alimləri fiziki məşqlərin orqanizmə təsirini təqlid edə bilən yeni texnologiya hazırlayıblar.
Adalet.az xəbər verir ki, yeni texnologiya bir inyeksiya vasitəsilə fiziki məşqləri əvəz etməyə imkan verir.
Hələlik inyeksiya insanlar üzərində klinik sınaqlardan keçirilməyib.
Siçanlar üzərində aparılan təcrübələr zamanı preparatın yeridilməsindən sonra heyvanların əzələ kütləsinin və gücünün artdığı, sümük sıxlığının yüksəldiyi, sistemli iltihab əlamətlərinin azaldığı müəyyən edilib. Bundan başqa, siçanların qaraciyərinin fəaliyyətində də yaxşılaşma müşahidə olunub.
Yeni üsul ilk növbədə yataq xəstələri, iflic olanlar, ağır travmalardan sonra hərəkət imkanları məhdudlaşan şəxslər və yaşlı insanlar üçün nəzərdə tutulması planlaşdırılır.
Gələcəkdə isə uğurlu nəticələr əldə olunduqdan sonra bu üsuldan sağlam insanların da istifadə edə biləcəyi bildirilir. (Musavat.com)
Digər Xəbərlər
14 Sentyabr 2026 17:20
“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
12 Sentyabr 2026 10:35
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
12 Sentyabr 2026 09:37
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
12 Sentyabr 2026 09:28


Bakı -°C

