Nazir 7 illik vergi güzəştinin ləğvindən danışdı: "Bu, asan müzakirələr olmayıb"
                            “Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Bu layihədə invesitiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, o cümlədən Naxçıvan MR-da fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştlərin verilməsi və s. kimi təkliflər nəzərdə tutulub”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir. Biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılımasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəitcələrin əldə edilməsinə imkan verib. Belə ki, özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrin sayı artaraq 471 min artaraq 1 milyonu ötüb. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla, özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır.
Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim olunub. Bu, asan müzakirələr olmayıb. Burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid mövqəni əks etdirir”, - deyə nazir bildirib.
Digər Xəbərlər
        
        04 Noyabr 2025 16:42
    
    "Bu yanaşma bazarda inamı gücləndirir və manatının alıcılıq qabiliyyətini müdafiə edir"
        
        04 Noyabr 2025 15:18
    
    "Xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir” - Mikayıl Cabbarov
        
        04 Noyabr 2025 13:45
    
    "Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat
        
        04 Noyabr 2025 13:38
    
    "Pulların bu formada xərclənməsi düzgün deyil" - Deputat ezamiyyələrin azaldılmasını təklif etdi
        
        04 Noyabr 2025 12:56
    
    "İcmal büdcənin yuxarı həddi dəyişdirilməlidir" - Palata sədri
        
        04 Noyabr 2025 12:38
    
    Sadələşdirilmiş vergi limitinin 400 min olması təklif olunur
        
        04 Noyabr 2025 12:33
    
    "Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək" - AMB sədri
        
        04 Noyabr 2025 12:14
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            