Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.
Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram.
Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk.
Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm.
Əziz dostum, yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etmək üçün Sizin Özbəkistana səfərinizi səbirsizliklə gözləyirəm.
Ölkənizin həyatındakı bu unudulmaz tarix münasibətilə bir daha səmimi təbriklərimi bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, rifah və daimi tərəqqi arzulayıram”.
Digər Xəbərlər
04 Noyabr 2025 19:01
BÖYÜK MÜHARİBƏNİN işartısı gəlir - Səxavət Məmməd yazır
04 Noyabr 2025 17:04
Pakistan Prezidenti Azərbaycan liderini TƏBRİK ETDİ
04 Noyabr 2025 16:39
Prezident bu sazişi təsdiqlədi
04 Noyabr 2025 14:13
“Azərbaycan tərəfi əgər bu cür addım atırsa...”
04 Noyabr 2025 13:54
Əliyevin bəyanatı bizim üçün gözlənilməz oldu
04 Noyabr 2025 12:58
Tarix, strateji baxış və yeni dövrün elmi əsasları
04 Noyabr 2025 11:03
Milli Məclisdə büdcə müzakirəsi başladı - Nazirlər iştirak edir
04 Noyabr 2025 10:20


Bakı -°C

