Natiq Məmmədli: Azərbaycanda dezinformasiya ilə mübarizə üçün siyasi sistem mövcuddur
"Azərbaycanda dezinformasiya ilə mübarizə aparmaq üçün güclü siyasi sistem mövcuddur".
Adalet.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O qeyd edib ki, dezinformasiya insanların məlumatı düzgün anlamaqda çətinlik çəkməsinə səbəb olur və bu da getdikcə daha ciddi problemlərin yaranmasına gətirib çıxarır: “Hazırda bir çox ölkələrdə informasiya mühitini çirkləndirən dezinformasiya halları artmaqdadır. Xüsusilə, süni intellekt əsaslı kontent dezinformasiyanın yayılmasında ciddi təhdid kimi qiymətləndirilir”.
Natiq Məmmədli qeyd edib ki, dezinformasiyanın sürətlə yaranmasının əsas səbəblərindən biri dünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır: “Media həqiqətə xidmət etməlidir, lakin təəssüf ki, bunu beynəlxalq mediada hər zaman görmək mümkün olmur. Nəticədə mediaya olan inam azalır və bu etimadın bərpa edilməsi son dərəcə vacib məsələ kimi ön plana çıxır”.
Digər Xəbərlər
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
01 Mart 2026 11:25
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
28 Fevral 2026 17:44
"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub
26 Fevral 2026 12:44
MEDİA-nın kollektivi "Ana harayı" abidəsini ziyarət etdi - FOTOLAR
25 Fevral 2026 18:04


Bakı -°C

