MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlmişdir.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.
"Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq", - MEDİA-nın açıqlamasında bildirilir.
Digər Xəbərlər
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
01 Mart 2026 11:25
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
28 Fevral 2026 17:44
"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub
26 Fevral 2026 12:44
MEDİA-nın kollektivi "Ana harayı" abidəsini ziyarət etdi - FOTOLAR
25 Fevral 2026 18:04
İKTA və MEDİA birgə jurnalistlər üçün təlim keçirdi - FOTOLAR
25 Fevral 2026 12:47


Bakı -°C

