Motosikletlə avtoxuliqanlıq edən qadın həbs olundu - VİDEO

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.
Adalet.az xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Bağırlı sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
Digər Xəbərlər

Qubada saxlanılan 2 nəfərdən narkotik aşkarlandı

Laçında qardaş qardaşını ov tüfəngi ilə ÖLDÜRDÜ

Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar...

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Azərbaycanda sayt rəhbəri HƏBS OLUNDU

Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirdi - VİDEO
