Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirdi - VİDEO

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Qubada saxlanılan 2 nəfərdən narkotik aşkarlandı

Laçında qardaş qardaşını ov tüfəngi ilə ÖLDÜRDÜ

Toyu üçün yığdığı pulu aldılar, öldürüb hissələrə parçaladılar...

İstirahət mərkəzində avtomobildən oğurluq edənlər saxlanılıb

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Azərbaycanda sayt rəhbəri HƏBS OLUNDU

Motosikletlə avtoxuliqanlıq edən qadın həbs olundu - VİDEO
