Milli Məclis Səudiyyə Ərəbistanı ilə sazişləri ratifikasiya edib

Milli Məclis Səudiyyə Ərəbistanı ilə sazişləri təsdiq edib.
Adalet.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq təsdiq edilib.
Nicat
Digər Xəbərlər

"Qarabağ Azərbaycandır!" - Ersin Tatar

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB

Sadır Japarovun Azərbaycana səfəri başa çatdı

İlham Əliyev Xankəndidəki Zirvə görüşündə çıxış etdi - VİDEO + YENİLƏNİB

Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı
