Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirib və müəllimləri imtahan proqramlarının müzakirəsində daha fəal iştirak etməyə çağırıb.
O, bu barədə özünün Facebook hesabında paylaşım edib.
M.Abbaszadə qeyd edib ki, hər il imtahanlardan sonra sualların çətinliyi ilə bağlı narazılıqlar yaranır. Onun sözlərinə görə, imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələr və onların statistik təhlili nəzərə alınmalıdır.
"İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir", - DİM sədri bildirib.
O, həmçinin hazırda Mərkəzdə imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb.
M.Abbaszadə müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri imtahan proqramları və modelləri ilə bağlı müzakirələrə qoşulmağa dəvət edib.
DİM sədri bildirib ki, ötən il imtahanlardan əvvəl və sonra anonim sorğular keçirilib, imtahanla bağlı gözləntilərlə sonrakı qiymətləndirmələr arasındakı fərqlər araşdırılıb. Əldə olunan nəticələr əsasında hazırlanan məqalə ictimaiyyətə təqdim edilib.
"İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək", - M.Abbaszadə qeyd edib.
O qeyd edib ki, hazırda Dövlət İmtahan Mərkəzində imtahan proqramları ilə bağlı seminarlar keçirilir.
"Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır. Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir".
O vurğulayıb ki, DİM hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edir.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

